
Türkiyənin Bursa şəhərində iki uşaq anası olan Meltem Ç. boşanma prosesində olduğu əri İ.Ç.-nin onun toy zinət əşyalarını girov qoyduğunu və pulu sevgilisi ilə evlənmək üçün istifadə etdiyini iddia edib.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, 2017-ci ildə razılaşdırılmış nikah yolu ilə evlənən Meltem Ç. (33) və İ.Ç.-nin (30) evlilikdən iki övladı var.
İ.Ç. 2022-ci ildə ciddi uyğunsuzluq səbəbindən boşanma üçün müraciət edib. Ayrı yaşamağa başlayan cütlük aliment məsələsində razılığa gələ bilmədikləri üçün boşanmaqdan imtina ediblər.
Bu proses zamanı Meltem Ç. iddialara görə, qanuni nikahda olan əri İ.Ç.-nin sevgilisi BK (27) ilə dini nikahla yaşadığını və toyda ona verilən qızıl bilərzikləri və dörddə bir qızıl sikkələri nağdlaşdırdığını və 2025-ci ilin noyabr ayında zal icarəyə götürərək toy etdiyini öyrənib.
Meltem Ç. daha sonra ərinə qarşı şikayət ərizəsi verib. İddialara görə, qarşı tərəfdə ölümlə hədələdiyini iddia edib. Məhkəmə prosesi davam etdirilir.
İlahə Qənbərli
Missiya.Az