AZ

Çin İrana hərbi yardım göndərilməsi ilə bağlı ABŞ nin iddialarını rədd etdi

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika tərəfindən saxlanılan İran gəmisində Pekinə məxsus hərbi yardımın ola biləcəyi ilə bağlı iddialarını qətiyyətlə rədd edir.

Redaktor.az xəbər verir k, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun brifinq zamanı bildirib.

O qeyd edib ki, rəsmi Pekin heç bir faktiki əsası olmayan bütün ittiham və eyhamlara qarşı çıxış edir.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, ölkələr arasındakı normal beynəlxalq ticari-iqtisadi əməkdaşlığa heç bir müdaxilə edilməməli və maneələr yaradılmamalıdır.

Bir müddət əvvəl Tramp ABŞ və İsrailin birgə hərbi əməliyyatları fonunda Çinin İrana bəzi yükləri tədarük etmək qərarından təəccübləndiyini bəyan etmişdi. Onun sözlərinə görə, bəhs edilən yük ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan İrana məxsus gəmidə aşkar edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
35
redaktor.az

10Mənbələr