AZ

“Ermənistanın işlərinə müdaxilə riski var” - Rusiya Aİ-ni tənqid etdi

Rusiya Aİ-nin Ermənistandakı “missiyası” ilə bağlı narahatlıq bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

Bildirilib ki, Moskva Ermənistan hakimiyyətinin ölkədə fəaliyyət göstərəcəyi deyilən Avropa İttifaqının yeni “missiyasının” İrəvanı anti-Rusiya siyasətinə yönləndirməsinə imkan verməyəcəyinə ümid edir.

Qeyd olunub ki, Zaxarova bu “missiyanın” Ermənistanın daxili işlərinə müdaxilə və Qərbin geosiyasi maraqlarına xidmət üçün istifadə olunmamalı olduğunu vurğulayıb.

Məlumata görə, o, Aİ-nin Ermənistandakı fəaliyyətlərinin ölkənin Rusiya ilə münasibətlərinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıq ifadə edib.

Açıqlamada bildirilir ki, diplomat Avropa İttifaqının bu təşəbbüsünün parlament seçkilərinə təsir göstərə biləcəyi iddialarına da toxunub.

Zaxarova həmçinin Aİ-nin “qanunsuz maliyyə axınlarının izlənməsi” və “kiberhücumlara qarşı mübarizə” kimi bəhanələrlə Ermənistanın daxili siyasətinə müdaxilə etməyə çalışa biləcəyini iddia edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
29
19
redaktor.az

10Mənbələr