AZ

Toy günü gələn siqnallar:Xoşbəxt sonluğun olmadığını göstərən əlamətlər

Toy qonaqları yeni evlənənlərin tezliklə boşanacağını göstərən narahatedici əlamətlərdən danışdılar.

Redaktor.az xəbər verir ki, onlar öz təcrübələrini "Reddit" platformasında paylaşıblar.

Bir qadın qaynının toyunu xatırlayıb. Onu təəccübləndirən məqam gəlinin ailəsinin hamısının bir uzun masada birlikdə oturması olub. Onlar yeni qohumlarla ümumiyyətlə ünsiyyət qurmayıblar, hətta buna cəhd də göstərməyiblər. Rəsmi hissə bitən kimi isə hamısı birlikdə qalxıb gediblər. Qadının sözlərinə görə, onlar öz ailə üzvlərindən başqa heç kimlə demək olar ki, danışmayıblar.

Başqa bir istifadəçi isə gəlinin bütün toy boyu yalnız dostları ilə söhbət etdiyini qeyd edib. Hətta kifayət qədər ucadan, bir neçə masadan eşidiləcək şəkildə keçmiş sevgilisi ilə evlənmədiyinə peşman olduğunu deyirmiş. Onun sözlərinə görə, həmin cütlük cəmi səkkiz ay sonra boşanıb.

Başqa bir kişi isə qohumunun toyunda baş verən tort hadisəsindən sonra onların evliliyinin cəmi iki il davam etdiyini danışıb. 

Onun sözlərinə görə, gəlin əvvəlcədən razılaşdırıldıqlarından daha çox tortu bəyin üzünə sürtüb. Buna əsəbiləşən bəy isə bir ovuc tort götürərək onu gəlinin başına elə güclə atıb ki, saçları isə kremə bulaşıb. Gəlin ağlayaraq zaldan çıxıb və məkanı tərk edib. Hadisədən sonra gəlinin qardaşlarını güclə saxlayıblar ki, bəyi döyməsinlər.

Aytəkin TOFİQQIZI

Seçilən
56
1
redaktor.az

2Mənbələr