Bakı. Trend:
Son illərdə burun əməliyyatlarına maraq sürətlə artıb. Həmestetik görünüş, həm də nəfəs problemlərinin həlli üçün minlərləinsan rinoplastikaya müraciət edir. Lakin klassik üsullarla bağlıbəzi risklər və qeyri-təbii nəticələr pasiyentləri daha müasiralternativlər axtarmağa vadar edir.
Məhz bu səbəbdən son dövrlərdə dünyada sürətlə yayılan yeniyanaşmalardan biri — dorsal preservation rinoplastika — diqqətmərkəzinə çevrilib.
Bu metodun əsas üstünlüyü ondan ibarətdir ki, burunun ən vacibhissəsi sayılan dorsum (burun beli) kəsilmir və yonulmur. Halbukiklassik rinoplastikada məhz bu nahiyə açılır, qığırdaq və sümükstrukturları dəyişdirilir və formalaşdırılır. Qığırdaq toxumasıkəsildikdən sonra isə təbii şəkildə bərpa olunmur və bu, illərsonra deformasiya, çökmə və ya süni görünüş kimi problemlərə səbəbola bilər.
Dorsal preservation texnikasında isə burunun təbii “karkası”qorunur. Forma dəyişiklikləri yuxarıdan deyil, daha çox altstrukturların kontrollu şəkildə dəyişdirilməsi ilə əldə olunur. Buyanaşma burunun təbii anatomiyasını saxlayaraq daha harmonik vəuzunmüddətli nəticələr verir.
Mütəxəssislərin fikrincə, bu metodun ən önəmli üstünlüklərindənbiri də cərrahi travmanın əhəmiyyətli dərəcədə azalmasıdır. Bəzihallarda klassik rinoplastika ilə müqayisədə buruna dəyən travmanıntəxminən 50–70% daha az olduğu qeyd edilir. Bu isə əməliyyatdansonra şişkinliyin daha az olması, sağalma müddətinin daha rahatkeçməsi və nəticələrin daha stabil qalması ilə özünü göstərir.
Bu metodun digər üstünlükləri:
* daha təbii və “əməliyyat olunmuş kimi görünməyən” nəticə
* burun anatomiyasının maksimum qorunması
* uzunmüddətli deformasiya riskinin azalması
* daha komfortlu və sürətli bərpa dövrü
Bununla belə, hər pasiyent üçün ideal metod fərqli ola bilər.Burunun quruluşu, dərinin qalınlığı və funksional vəziyyətəməliyyatın növünü müəyyən edən əsas faktorlardır. Bu səbəbdəndüzgün yanaşma yalnız peşəkar müayinə əsasında seçilməlidir.
Qeyd edək ki, müasir rinoplastika artıq sadəcə formanı dəyişməkdeyil, eyni zamanda burunun təbii anatomiyasını qorumaq vəfunksiyasını maksimum saxlamaq məqsədi daşıyır. Dorsal preservationyanaşması isə bu konsepsiyanın ən uğurlu nümunələrindən biri hesabolunur.
Müəllif haqqında:
Məqalə Qorxmaz Azimov tərəfindən hazırlanıb.
O, Moskva təhsilli mütəxəssis olmaqla yanaşı, rinoplastikasahəsində geniş təcrübəyə malikdir. Beynəlxalq elmi jurnallarda, ocümlədən Amerika tibbi nəşrlərində məqalələri dərc olunub və müasircərrahi yanaşmaların tətbiqi ilə seçilir.