AZ

Aİ-dən Rusiyaya yeni zərbə: 20-ci sanksiya paketi nələri dəyişəcək?

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini rəsmiləşdirib. Yeni tədbirlər əsasən Moskvanın enerji gəlirlərini azaltmağa və sanksiyalardan yayınma yollarını bağlamağa hesablanıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paket çərçivəsində Avropa İttifaqı Rusiya neftinin daşınması ilə bağlı demək olar bütün dəniz xidmətlərini qadağan edir. Buraya tanker sığortası, icarəsi və digər logistik xidmətlər daxildir. Məqsəd neft ixracını texniki baxımdan çətinləşdirməkdir.

Qərbdə etiraf olunur ki, əvvəlki qiymət tavanı mexanizmi gözlənilən effekti verməyib. “Kölgə donanması” sayəsində Rusiya ixrac həcmlərini qoruya bilib. Yeni paket isə məhz bu sistemi zəiflətməyə yönəlib.

Sanksiya siyahısına daha 43 tanker əlavə olunub, maye halına salınmış təbii qaz (LNG) layihələrinə xidmətlər məhdudlaşdırılıb. Bundan başqa, Avropa Komissiyası Rusiya mənşəli bəzi metalların və kimyəvi məhsulların idxalını da qadağan edir.

Maliyyə sektorunda 20-dən çox Rusiya bankına qarşı məhdudiyyətlər tətbiq olunub. Eyni zamanda, üçüncü ölkələrdə sanksiyalardan yayınmağa kömək edən qurumlara qarşı da tədbirlərin genişlənəcəyi bildirilir.

Seçilən
37
50
publika.az

10Mənbələr