AZ

"Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir"

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir.

Hafta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ Ermənistandakı yeni mülki missiyanın parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir:

“Bu, artıq ikinci missiyadır. Aİ qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq”.

Zaxarova deyib ki, Moskva İrəvanın yeni Aİ missiyasının Ermənistanı anti-Rusiya siyasətinə cəlb etmək üçün istifadə olunmasına icazə verməyəcəyinə ümid edir:

"Mümkündür ki, bu missiyanın köməyi ilə Ermənistan rəhbərliyi Avropa yolunda irəliləyişi sürətləndirməyə ümid edir. Lakin unutmaq olmaz ki, bir çox ölkələr bu yolda ləngiyir, məsələn, Serbiya və digər Balkan ölkələri”.

Seçilən
48
8
hafta.az

9Mənbələr