AZ

Hörmüz yolunda insident: Hərbçisi yaralandı

ABŞ-nin blokadasına qoşulmaq üçün Hörmüz boğazına doğru yola çıxan gəmidəki bir ABŞ dənizçisinin Taylandda meymun hücumuna məruz qaldığı və ölkəsinə geri dönmək məcburiyyətində qaldığı iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Axios" xəbər saytının mövzuya yaxın mənbələrə istinadən verdiyi məlumata görə, bu ayın ortalarında Hörmüzə doğru minalardan təmizləmə fəaliyyəti üçün yola çıxan "USS Chief" gəmisindəki bir donanma mənsubu yolda gözlənilməz qəza ilə üzləşib.

Gəminin Taylanda məxsus Puket adasında fasilə verdiyi zaman sözügedən əsgər bir meymunun hücumuna məruz qalıb.

Hərbçiyə hücum edən meymunun növü barədə ətraflı məlumat verilməyib, lakin bölgədə uzunquyruqlu makakaların yayğın olduğu bilinir.

"Axios"a danışan hərbi rəsmi mövzu ilə bağlı: "Maraqlı hadisələr baş verir. Heç vaxt nə olacağını bilmək olmaz", - deyib.

Əsgərin həyati təhlükəsinin olmadığı, zəruri tibbi yardım almaq üçün Yaponiyanın Sasebo şəhərindəki bazaya geri döndüyü qeyd edilib.

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr