AZ

"Hədfimizə çatacağımıza inanırıq" - Tural Cəlilov sürpriz qələbəni şərh etdi

1-ci Liqanın 23-cü turunda çempionluq uğrunda mübarizə aparan "Baku Sportinq" Şamaxıda debütant "Şimal"a məğlub oldu. Bu qələbə sayəsində xal hesabını 15-ə çatdıran və sonuncu pillədən qurtulan "Şimal"ın çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb oyunu şərh etməsini istədik.

Onun Fanat.Az-a aşıqlaması belə oldu:

"Baku Sportinq" yaxşı heyəti, legionerləri olan komandadır. Döyüşkən, əlinə düşən imkanlardan istifadə etməyi bacaran, iddialı rəqiblə üz-üzə gəldik. Bizim başqa çarəmiz yoxdu. Turnir cədvəlindəki mövqeyimiz elədir ki, xal və xallar qazanmalıyıq. Bu matçda sonadək döyüşməli olduğumuzun, rəqibə fiziki planda uduzmamağın vacibliyinin fərqindəydik. Futbolçularım bütün mövqelərdə sonadək mübarizə apardılar, bacardıqlarını etdilər. Qolu vurandan sonra hesabı qoruduq. Qalib gəldiyimiz üçün çox sevincliyik. Bizim üçün bu nəticənin önəmi böyükdür. 

Hazırda 9-cu pillədə qərarlaşmışıq. Qarşıda daha 4 oyun var. "Şəfa", MOİK, "Difai" və "Cəbrayıl"la üz-üzə gəlməliyik. Xallar toplamaq və liqada qalmaq istəyirik. Bütün qarşılaşmalara qələbə üçün çıxacağıq. Hədəfimizə çatacağımıza inanırıq".

Toğrul 

Seçilən
22
2
fanat.az

3Mənbələr