AZ

Fars körfəzi ölkələrindən neft tədarükü 57% azalıb

BAKI, 24 aprel. TELEQRAF

Fars körfəzi ölkələrindən neft tədarükü ABŞ, İsrail və İran arasında baş verən konfliktdən əvvəl qeydə alınan göstəricilərlə müqayisədə apreldə 57% azalıb.

Teleqraf xəbər verir ki, bu barədə dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” açıqlama yayıb.

Cari ayda regionda neft hasilatı gündəlik 14,5 milyon barel azalıb. Bank hesab edir ki, Hörmüz boğazında gəmiçiliyin bərpası və tam atəşkəsin əldə olunduğu təqdirdə əvvəlki səviyyəyə qayıdış bir neçə ay çəkə bilər.

Bankın analitiklərinə görə, Hörmüz boğazı nə qədər uzun müddət bağlı qalsa, neft hasilatı və tədarükünə qoyulan məhdudiyyətlər də bir o qədər davam edəcək və hasilat həcmlərinin bərpası daha ləng gedəcək.

Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyət qlobal neft bazarına təzyiq göstərir. Etalon növ olan “Brent crude” markalı neftin qiyməti ardıcıl beşinci gündür yüksəlir, həftəlik artım isə 17% təşkil edib. Bu gün 2026-cı ilin iyun tədarüklü "Brent" fyuçerslərinin qiyməti Londondakı Intercontinental Exchange (ICE) birjasında bir barel üçün 107 dolları ötüb ki, bu da aprelin 7-dən bəri ilk haldır.

Seçilən
12
teleqraf.com

1Mənbələr