AZ

ABŞ-nin kosmik siyasəti getdikcə təxribat xarakteri daşıyır - Zaxarova

Vaşinqtonun kosmik siyasəti getdikcə təxribat xarakteri daşıyır.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

"ABŞ-nin kosmik siyasəti getdikcə aqressiv və təxribat xarakteri daşıyır. Vaşinqtondakı rəsmilər Yer kürəsinə yaxın kosmosda mütləq dominantlıq ambisiyalarını açıq şəkildə bəyan edirlər", - deyə o, brifinqdə bildirib.

Zaxarova əlavə edib ki, burada məqsəd qlobal raketdən müdafiə sisteminin yaradılmasıdır. ABŞ Kosmik Qüvvələrinin ölçüsünün əhəmiyyətli dərəcədə artırılması, on minlərlə peykin kütləvi istehsalı və orbitə nəzarətsiz buraxılması, eləcə də digər dövlətlərin kosmik gəmilərinin qarşısının alınması sistemlərinin təkmilləşdirilməsi buraya daxildir".

Rusiyanın peyk əleyhinə nüvə silahları hazırlamaq niyyəti ilə bağlı fikirlərə münasibət bildirən Zaxarova deyib ki, bunların reallıqla heç bir əlaqəsi yoxdur.

"Moskva "kosmosda silahların yerləşdirilməsini və kosmik obyektlərə qarşı güc tətbiqini və ya güc təhdidini qadağan edən beynəlxalq hüquqi qüvvəyə malik sənədin hazırlanmasını ardıcıl olaraq müdafiə edir",-deyə o əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr