AZ

İtmiş əşyanı götürmək oğurluqdur? - Bəxşiş ala BİLƏRSİNİZ

İtirilmiş əşya tapdıqda bir çoxunun ağlına gələn ilk sual "görəsən geri qaytarmasam oğurluq sayılar?" olur.

Bəs bu məsələ qanunla necə tənzimlənir? 

Day.Az bildirir ki, məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsaslanır.

Bu məsələ Məcəllənin "Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi" bölməsində, konkret olaraq 182-ci maddədə ətraflı tənzimlənir.

Yəni itirilmiş əşyanı tapan şəxs bu barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir.

Əşyanı tapan şəxs itirilmiş əşya barədə xəbər verdiyi vaxtdan 1 il müddət keçdikdən sonra həmin əşyaya mülkiyyət hüququ əldə edir.

İtirilmiş əşyanın mülkiyyətçisi əşyanı qəbul edərsə, əşyanı tapan şəxs tapılmış əşyanın dəyərinin 5 faizinədək miqdarda bəxşiş, habelə əşyanın saxlanması xərclərinin əvəzinin ödənilməsini tələb edə bilər.

Nəsimi Ələsgərli

Seçilən
18
day.az

1Mənbələr