AZ

NASA-nın nüvə mühəndisi ölü tapıldı 

ABŞ-də ötən ildən itkin düşən gənc NASA mühəndisinin meyitinin tapılması sosial şəbəkələrdə yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Alabama ştatında bir ilə yaxındır itkin sayılan 29 yaşlı Coşua LeBlanın cəsədi aşkarlanıb.

Məlumata əsasən, o, 22 iyul 2025-ci ildə Hantsvill şəhərində yoxa çıxmışdı. Həmin gün işə getməyən mühəndis daha sonra ailəsi və yaxınları ilə də əlaqə saxlamayıb. Ailəsi dərhal onun itkin düşməsi barədə müraciət etmiş və hətta oğurlanma ehtimalını da istisna etməmişdi.

Sonradan müəyyən olunub ki, LeBlan "Tesla" markalı avtomobildə ola bilərmiş. Həmin avtomobil yol kənarındakı maneəyə və ağaclara çırpıldıqdan sonra yanıb. Güclü yanğın səbəbindən meyit tanınmaz hala düşüb və şəxsiyyət yalnız məhkəmə-tibbi ekspertizadan sonra təsdiqlənib.

Bildirilir ki, NASA-da beş ildən artıq çalışan mühəndis kosmik nüvə mühərrikləri üçün idarəetmə sistemləri üzərində işləyirdi. O, xüsusilə DRACO layihəsində iştirak edib.

Hadisə ABŞ sosial şəbəkələrində nüvə və kosmik tədqiqat sahəsində çalışan şəxslərin müəmmalı itkin düşməsi və ölümləri barədə müxtəlif iddiaların yenidən gündəmə gəlməsinə səbəb olub. Lakin rəsmi qurumlar bu hadisələr arasında hər hansı əlaqənin təsdiqlənmədiyini bildirirlər.

Ağ Ev və FTB isə oxşar insidentlərin araşdırıldığını açıqlasa da, istintaqın detalları hələlik ictimaiyyətə açıqlanmayıb.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr