AZ

Mayda Naxçıvana səyahət planlayanların nəzərinə: AZAL biletləri öncədən əldə etməyi tövsiyə edir

Bakı. Trend:

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram vətətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərəbiletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuatxidmətindən bildirilib.

Bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı iltarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşlara tələbatınartacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə günərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsiplanlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeydolunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavəreyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyinolunur.

Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həmsərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm dəuçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesabolunur.

Aviabiletləri rəsmi veb-səhifədən, aviaşirkətin mobiltətbiqindən, həmçinin AZAL-ın kassalarından əldə etməkmümkündür.

Məqalədə:
Seçilən
72
44
az.trend.az

10Mənbələr