AZ

Anar Əliyev Aİ ilə sosial sahədə əməkdaşlığı müzakirə etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüş olub.

Publika.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. O, əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal həllərin tətbiqi, şəffaflıq və əlçatanlığın artırılması istiqamətlərində əldə olunan nailiyyətlər, DOST modelinin üstünlükləri barədə məlumat verib.

İcra olunan aktiv məşğulluq proqramları, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Gender bərabərliyinin daha dolğun təminatı məqsədilə əmək qanunvericiliyində edilən son dəyişikliklər, ölkəmizin Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyasına üzv qəbul edildiyi qeyd olunub.

Ötən dövrdə sosial müdafiə, tibbi-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində Aİ ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs olunub. Nazirliyin Avropa Təlim Fondu ilə fəal əməkdaşlıq təcrübəsi diqqətə çatdırılıb.

Seçilən
50
50
publika.az

10Mənbələr