Bakı, 24 aprel, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xudavəng monastrı haqqında videoçarx hazırlanıb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır.
Qeyd edək ki, layihənin məqsədi bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsini təbliğ etməkdir.
Xatırladaq ki, ölkəmizin ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan Xudavəng monastrı VI-XIII-XVIII əsrlərdə inşa edilmiş tarixi abidədir.