AZ

“Karapetyan klanı” yenə səhnədə

Ermənistanda revanşist dairələr yenidən fəallaşaraq həm qondarma “erməni soyqırımı”, həm də Qarabağ məsələsini siyasi alətə çevirməyə çalışırlar.

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” partiyasının şura üzvü Narek Karapetyan baş nazir Nikol Paşinyanı tənqid edərək qondarma “erməni soyqırımı”nın tanınması ilə ərazi iddialarının fərqli məsələlər olduğunu bildirib.

Karapteyanın dediklərinə görə, sən demə, Ermənistan Respublikasının region ölkələrinin heç birinə qarşı rəsmi ərazi iddiası yoxdur. Bununla yanaşı, “Qərbi Ermənistan” ifadəsini işlədərək Türkiyənin şərq vilayətlərinə dair ənənəvi erməni iddialarını yenidən gündəmə gətirib.

Karapetyan keçmiş qondarma rejimin heç vaxt Ermənistanın tərkib hissəsi olmadığını deyib. 

Qeyd edək ki, Narek Karapetyan Rusiyada böyük biznes şəbəkəsinə sahib olan və Kremlin təsir dairəsinə yaxın fiqur kimi tanınan Samvel Karapetyanın qardaşı oğludur. Karapetyanın rəhbərlik etdiyi “Taşir” qrupu uzun illər Rusiya-Ermənistan siyasi-iqtisadi əlaqələrində mühüm vasitəçi rolunda göstərilib.

Samvel Karapetyan bu ilin iyun ayında keçirilən seçkilərdə Nikol Paşinyanın əsas rəqibi sayılır.

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr