AZ

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra prosesdə hökm oxunub. Rəhim Qasımov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Seçilən
31
1
publika.az

3Mənbələr