AZ

Netanyahu xərçəngdən əziyyət çəkirmiş

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin baş naziri Benyamin Netanyahunun səhhəti ilə bağlı aylardır gizli saxlanılan həqiqətlər rəsmi hesabatın dərci ilə üzə çıxıb.Demokrat.az xəbər verir ki, "Jerusalem Post" qəzetinin yaydığı məlumata görə, 76 yaşlı hökumət başçısına erkən mərhələdə prostat xərçəngi diaqnozu qoyulub. Məlum olub ki, baş nazirin səhhətindəki bu ciddi problem davamlı yoxlamalar zamanı aşkar edilsə də, ictimaiyyətdən gizlədilib.Netanyahu bu addımı İranın müharibə dövründə vəziyyətdən təbliğat məqsədilə istifadə etməsinə imkan verməmək istəyi ilə izah edib.Ötən ilin dekabrında prostat böyüməsi səbəbindən əməliyyat olunan siyasətçinin son müayinələrində bir millimetrdən də kiçik şübhəli şiş aşkarlanıb. Tibbi heyət dərhal müdaxilə edərək radioterapiya kursuna başlayıb. Hazırda müalicənin uğurla başa çatdığı bildirilir.Netanyahu özü də məsələ ilə bağlı ilk dəfə açıqlama verərək xəstəliyə tam qalib gəldiyini vurğulayıb:"Xərçəng çox erkən mərhələdə aşkarlandığı üçün tamamilə aradan qaldırıldı. Hazırda səhhətim tam qaydasındadır".İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
demokrat.az

1Mənbələr