AZ

Qəzzada mina təmizlənməsi üçün yarım milyard dollar tələb olunur

Qəzzada mina və partlamamış sursatların təmizlənməsi üçün 541 milyon dollar tələb olunur

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, BMT-nin işğal olunmuş Fələstin ərazilərində mina təmizləmə proqramının rəhbəri Julius van der Walt Qəzza zolağında partlamamış sursatların təmizlənməsi üçün təxminən 541 milyon dollar tələb olunduğunu açıqlayıb.

Qeyd olunub ki, o, bu sursatların bölgə sakinləri üçün gündəlik təhlükə yaratdığını və yenidənqurma prosesinə ciddi maneə törətdiyini vurğulayıb.

Məlumata görə, van der Walt Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, yalnız bu təhlükənin aradan qaldırılması üçün böyük maliyyə resurslarına ehtiyac var.

Açıqlamada qeyd edilib ki, münaqişə başlayandan bəri partlamamış hərbi sursatlar nəticəsində 1000-dən çox insan həyatını itirib və onların əksəriyyəti uşaqlardır.

BMT-nin qiymətləndirməsinə əsasən, Qəzza zolağında təxminən hər 600 metrdən bir partlamamış sursat aşkar olunur.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
57
redaktor.az

1Mənbələr