Bakı.Trend:
Aprelin 24-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetininrektoru general-mayor Gündüz Əbdülov Azərbaycan RespublikasınınHərbi prokurorunun müavini ədliyyə polkovniki Elmir Süleymanlı iləgörüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumatverilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevinrəhbərliyi altında Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsilsistemində həyata keçirilən uğurlu islahatlardan və tətbiq edilənyeniliklərdən danışılıb. Eeyd edilib ki, aparılan islahatlar hərbitəhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, hərbitəhsilin cəlbediciliyinin və ordumuzun peşəkarlıq səviyyəsininartırılmasında mühüm rol oynayır. Eləcə də hüquq təhsili iləpeşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsininzəruriliyi və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsininəhəmiyyəti qeyd olunub.
Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarınahörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə,vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsiüçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişafetdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Milli Müdafiə Universiteti və onun tabeliyindəfəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranmatarixi, əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinqlər təqdimolunub.
Görüşün yekununda tərəflər arasında birgə fəaliyyətlərin həyatakeçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair AnlaşmaMemorandumu imzalanıb.
Memoranduma əsasən tərəflər birgə şəkildə konfranslar,seminarlar, təlimlər və müzakirələr təşkil edəcək, analitik işlər,monitorinqlər və sorğular həyata keçirəcəklər. Həmçinin yerli vəbeynəlxalq təcrübənin öyrənilməsi üçün müxtəlif elmi və tədristədbirləri, o cümlədən dəyirmi masalar, simulyasiyalar və görüşlərkeçiriləcək.
Bundan əlavə, metodiki vəsaitlər, elmi məqalələr, broşuralar,monoqrafiyalar və digər çap materialları birlikdə hazırlanacaq.Hüquq elminin və mövcud qanunvericiliyin inkişafı üçün birgətəkliflər hazırlanacaq, müzakirə ediləcək və qanunvericiliyintəkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlar qarşısındatəşəbbüslər irəli sürüləcək.
Eyni zamanda, nəzəri biliklərlə praktiki təcrübənin əlaqəsinigücləndirmək məqsədilə əməkdaşların peşə hazırlığınınartırılmasında qarşılıqlı iştirak təmin olunacaq.