Döyüş əsirlərinin növbəti dəyişdirilməsi aprelin 24-də planlaşdırılır...
Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi aprelin 24-də baş tutmalıdır.
Poliqon xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı və Xüsusi Hərbi Əməliyyat məsələləri üzrə parlamentar koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev RBC nəşrinə açıqlamasında bildirib.
Saraliyevin sözlərinə görə, tərəflər razılığa gəliblər. Mübadilənin konkret şərtləri hələ açıqlanmasa da, əvvəlki təcrübəyə əsasən mübadilələr "bərabər say prinsipi ilə həyata keçirilir.
Xatırladaq ki, bundan əvvəl, aprelin 11-də tərəflər "175-ə 175" düsturu ilə hərbi əsir mübadiləsi aparıblar. Rusiya məlumatlarına görə, həmin mübadilə nəticəsində 175 rus hərbi qulluqçusu ölkəyə qayıdıb, Ukraynaya isə 175 ukraynalı əsir təhvil verilib.
Qeyd edək ki, əvvəlki hərbi əsir mübadilələrində Birləşmiş Ərəb Əmirlikləri vasitəçilik rolunu oynayıb. Diplomatik mənbələr BƏƏ-nin bu dəfə də mübadilə prosesinin təşkilində dolayısı ilə iştirak edə biləcəyini istisna etmir.
Poliqon.info