AZ

Ərdoğan Türkiyədəki ermənilərə müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 24-də etdiyi çıxışında bir daha Osmanlı İmperiyasında yaşayan ermənilərin Birinci Dünya müharibəsinin ağır şəraitində həlak olduğunu bildirib.

“Cebheinfo.az”-ın məlumatına görə, Prezident Ərdoğan bu barədə Türkiyənin erməni patriarxı Sahak Maşalyana ünvanladığı başsağlığı məktubunda qeyd edib.

Ərdoğan Osmanlı İmperiyasının süqutunun toqquşmalar, quldur basqınları, terror hücumları və epidemiyalarla müşayiət olunduğunu və bu müddət ərzində digər xalqlarla yanaşı, ermənilərin də dərin əziyyət çəkdiyini yazıb. Ərdoğanın mesajı İstanbuldakı bir erməni kilsəsində keçirilən mərasim zamanı oxunub. 

“Biz münaqişədənsə, razılığa üstünlük veririk”, - deyə Türkiyə Prezidenti bildirib. “Sülh, rifah və qardaşlığa əsaslanan daha əlverişli günlərə nail olmaq təklifi ilə milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün həmvətənlərimiz və dostlarımızla birlikdə hərəkət etməyə və mübarizə aparmağa davam edirik”, - deyə Ərdoğanın müraciətində qeyd edilir. 

Seçilən
58
cebheinfo.az

1Mənbələr