AZ

Kapital Bank da fiziki şəxslərin depozitləri 178 milyon manatdan çox artıb

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kapital Bank-ın depozit portfeli 31 mart 2026-ci il tarixinə 8 milyard 495 milyon 216 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 206 milyon 562 min manat və ya 2,5% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 3 milyard 315 milyon 253 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 179 milyon 963 min manat təşkil edib. 

Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 178 milyon 429 min manat (5,7%), hüquqi şəxslərin depozitləri isə 28 milyon 133 min manat və ya 0,5% artıb.

2025-ci ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 3 milyard 136 milyon 824 min manat və 5 milyard 151 milyon 830 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
3
banco.az

7Mənbələr