AZ

Heqset: Vaşinqtonun icazəsi olmadan heç bir gəmi Hörmüzdən keçməyəcək

ABŞ müharibə naziri Pit Heqset Birləşmiş Ştatların Hörmüz boğazı üzərində faktiki nəzarəti və dəniz blokadasının genişləndirilməsi barədə bəyanat verib.

"Far.Az" xəbər verir ki, onun sözlərinə əsasən, ABŞ Hərbi-Dəniz Qüvvələrinin icazəsi olmadan heç bir gəmi boğazdan keçə bilməz.

Heqset qeyd edib ki, hazırda yalnız İrana aid olmayan gəmilərə keçid icazəsi verilir, onların bir hissəsi artıq boğazı keçib, o cümlədən gecə saatlarında. O əlavə edib ki, blokada gücləndirilir və yaxın günlərdə əməliyyata daha bir aviadaşıyıcı qoşulacaq.

"Blokadamız genişlənir və qlobal xarakter alır. Yalnız bu həftə biz Hind-Sakit okean bölgəsində İranın "kölgə donanması"na aid iki gəmini ələ keçirdik. Biz bu cür hərəkətləri davam etdirəcəyik", - o, Pentaqonda keçirilən brifınqdə çıxış edərkən vurğulayıb.

Onun sözlərinə görə, ABŞ bundan sonra da rəqiblərin marşrutlarını bağlamağa və öz maraqlarını qorumağa davam edəcək. "Heç kim Hörmüz boğazından çıxıb ABŞ HDF-nin icazəsi olmadan dünyanın istənilən yerinə yola düşə bilməz", - o bəyan edib.

Heqset həmçinin İran hakimiyyətini kəskin tənqid edərək, onları vəziyyətin sabitliyini pozmaqda və mülki gəmilərə hücumlarda ittiham edib. O iddia edir ki, İran qüvvələri dəniz minaları quraşdırır və ABŞ və ya İsraillə əlaqəsi olmayan təsadüfi gəmiləri atəşə tutur.

Tehrana müraciət edən nazir bəyan edib ki, blokada güclənəcək, ABŞ-ın vəziyyət üzərindəki nəzarəti isə qorunub saxlanacaq.

Seçilən
11
far.az

1Mənbələr