AZ

Dünyada son 20 ildə 94 seçki iqlim böhranları nəticəsində pozulub

Dünyada iqlim böhranı artıq demokratiya üçün ciddi bir sınağa çevrilib və yeni hesabatlara əsasən, təbii fəlakətlər seçkilərin gedişatına siyasi qüvvələrdən daha çox təsir etməyə başlayıb.

“The Guardian” qəzetinin yaydığı məlumata görə, bu vəziyyət seçki infrastrukturuna və seçicilərin iştirakına birbaşa zərbə vurur. Məlum olduğu kimi, sadəcə 2024-cü ildə 18 ölkədə 23 seçki prosesi daşqınlar, meşə yanğınları və anomal istilər səbəbindən ciddi maneələrlə üzləşib. Ehtimal olunur ki, yaxın gələcəkdə, xüsusilə Afrika və Asiyanın həssas demokratik sistemləri bu səbəbdən daha böyük təzyiq altında qalacaq.

Son 20 ilin statistikasına nəzər salsaq, ən azı 94 seçki və referendumun iqlim hadisələri nəticəsində qismən və ya tamamilə pozulduğunu görmək olar. Əlbəttə ki, ekspertlər bu riskləri azaltmaq üçün bir sıra mühüm addımların atılmasını zəruri hesab edirlər. Belə ki, seçkilər qasırğa mövsümü kimi fəlakətlərin ən az gözlənildiyi vaxtlara təyin edilməli, seçki rəsmiləri isə fövqəladə hallara qarşı xüsusi təlimlər keçməlidirlər. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr