AZ

Zelenski Səudiyyə Ərəbistanındasəfərdədir

Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün X sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, Zelenski Səudiyyə Ərəbistanına gəlib və vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudla görüş planlaşdırır.

Qeyd olunub ki, o, paylaşımında Avropa liderləri ilə son görüşdə Ukraynanın dayanıqlığı üçün maliyyə zəmanətləri əldə etdiklərini vurğulayıb.

Məlumata görə, Prezident bu səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik, enerji və infrastruktur sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Zelenski ölkələr arasında münasibətlərin qarşılıqlı şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib və əməkdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb.

Xatırladılıb ki, Zelenskinin Səudiyyə Ərəbistanına son səfəri martın 26-da baş tutmuş və həmin vaxt tərəflər arasında müdafiə əməkdaşlığına dair razılaşma imzalanmışdı.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
21
50
redaktor.az

10Mənbələr