AZ

Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Biz Avropanın töhfə verməsini istərdik.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.

Nazir Avropanın təhlükəsizlik məsələlərində daha aktiv rol oynamasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, çünki xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyət məhz onlar üçün daha böyük əhəmiyyət daşıyır: “Biz Avropaya arxalanmırıq, lakin onların Hörmüz boğazına bizdən daha çox ehtiyacı var və bəlkə də daha az danışmağa, Avropada daha az təmtəraqlı konfranslar keçirməyə və praktik addımlar atmağa başlamalıdırlar”.

Müharibə naziri Avropada keçirilən son toplantıları da tənqid edib: “Keçən həftə Avropada mənasız konfrans keçirildi və orada yalnız gələcəkdə nəsə edilə biləcəyi müzakirə olundu”.

Heqset vurğulayıb ki, bu cür addımlar hələlik kifayət qədər ciddi səylər kimi qiymətləndirilmir: “Bunlar hələ ciddi səylər deyil. Biz Avropanın töhfə verməsini istərdik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
apa.az

2Mənbələr