Bakı. Trend:
Suya mina atmağa cəhd edən İran katerləri tərəddüdsüz məhvediləcək.
Trend xəbər verirki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda “Epic Fury”əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Heqset bildirib ki, ABŞ Prezidenti Donald Tramp suya minalaryerləşdirməyə cəhd edən və ya Hörmüz boğazından gəmilərin keçidinəmane olan istənilən İran katerinin vurulmasına icazə verib.
“Biz tərəddüd etmədən məhv etmək üçün atəş açacağıq”, - deyəHeqset bildirib.
Pentaqon rəhbərinin sözlərinə görə, İranın hələ də müdrik seçimetmək, danışıqlara getmək, nüvə silahından imtina etmək imkanı var.O bildirib ki, İran danışıqlar masasında düzgün seçim etmək üçünhələ də açıq imkanın olduğunu bilir, onların etməli olduğu yeganəşey nüvə silahından real və yoxlanıla bilən şəkildə imtinaetməkdir.
Heqset həmçinin bildirib ki, İran limanlarına gedib-gələn bütüngəmilər geri qaytarılıb və bu günə olan vəziyyətə görə, indiyədək34 gəmi saxlanılaraq geri istiqamətləndirilib.