AZ

Makrondan şok bəyanat

Fransa prezidenti Emmanuel Macron hakimiyyətdən ayrıldıqdan sonra bir daha siyasətlə məşğul olmayacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, Le Figaro nəşrinin yazdığına görə, Makron 2027-ci ildə Yelisey sarayını tərk etdikdən sonra siyasi fəaliyyətə qayıtmaq niyyətində olmadığını bildirib.

O, bu fikirləri Nikosiya şəhərində, fransız-kipr məktəbinin şagirdləri ilə görüş zamanı səsləndirib. Makron həmin vaxt qeyri-rəsmi Avropa sammiti öncəsi Kiprdə rəsmi səfərdə idi.

Fransa lideri qeyd edib ki, prezidentlik müddətinin son mərhələsində ən çətin məsələ görülən işlərin nəticələrini qorumaq, eyni zamanda uğurlu olmayan sahələri düzəltmək üçün enerjini saxlamaqdır.

Makronun bu açıqlaması Fransa siyasətində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
50
musavat.com

1Mənbələr