AZ

“Rabitəbank”dan Sahibkarlar Gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası


Sahibkarlığın inkişafına daim dəstək göstərən “Rabitəbank” ASC Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə mikrokreditlər üzrə xüsusi kampaniyaya start verib.

Kampaniya çərçivəsində sahibkarlara daha sərfəli maliyyə imkanları təqdim olunur.
Yeni kampaniya mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, bizneslərin inkişafını dəstəkləmək və onların fəaliyyətinə əlavə stimul vermək məqsədi daşıyır. Kampaniya müddətində sahibkarlar mikrokredit məhsullarından xüsusi güzəştli şərtlərlə yararlana biləcəklər.
Kampaniya çərçivəsində sahibkarlar üçün;
- Kredit faizlərinə 10% endirim
- Komissiya məbləğinə 10% endirim
- Kredit müddətinə 10% əlavə imkanı
Kampaniya biznesin dövriyyə ehtiyaclarının qarşılanması, mövcud fəaliyyətin genişləndirilməsi və yeni imkanların reallaşdırılması baxımından sahibkarlar üçün əlavə üstünlüklər yaradır.
“Rabitəbank”ın mikrokredit məhsulları sahibkarların müxtəlif maliyyə ehtiyaclarına uyğun çevik həllər təqdim etməklə yanaşı, onların dayanıqlı inkişafına dəstək olmağa xidmət edir. Bank bu kampaniya ilə bir daha real sektora, xüsusilə kiçik və orta sahibkarlığın güclənməsinə verdiyi önəmi nümayiş etdirir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Seçilən
11
7
yeniavaz.com

8Mənbələr