AZ

Putin G20 sammitinə qatıla bilər Peskov

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya Mayamidə keçiriləcək G20 sammitində lazımi səviyyədə təmsil olunacaq.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya Prezidenti Vladimir Putin Mayamiyə G20 üzvü kimi qatıla da bilər, qatılmaya da bilər. Yaxud sammitə başqa bir Rusiya nümayəndəsi qatıla bilər. Amma hər halda, Rusiya bu sammitdə təmsil olunacaq”, - Peskov bildirib.

Qeyd edək ki, Rusiya bu tədbirə “yüksək səviyyədə” dəvət aldığını açıqlayıb. ABŞ Prezidenti Tramp isə Putini dəvət etmədiyini, amma onun iştirakının faydalı olacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
50
axar.az

10Mənbələr