AZ

Yeməkdən dərhal sonra diş fırçalamaq zərərlidir? -Stomatoloqdan AÇIQLAMA

Stomatoloq Maqomed-Rasuloviç Xəlilbəyovun sözlərinə görə, gündəlik vərdişlər diş sağlamlığına zərər verə bilər.

Redaktor.az xəbər verir ki, o, aif.ru saytına verdiyi müsahibədə diş minasına şəkərdən daha tez zərər verən amilləri sadalayıb.

Mütəxəssis qeyd edib ki, yeməkdən sonra ağızda turşuluq artır və bu da dişlərin qoruyucu təbəqəsini həssas edir. Onun sözlərinə görə, bu zaman hətta adi fəaliyyətlər belə zərərli olur. Yeməkdən dərhal sonra dişləri fırçalamaq və ya turş içkilər içmək mineralların yuyulmasını sürətləndirir və mikro çatların inkişafına səbəb olur.

"Yeməkdən dərhal sonra diş minası zəifləyir və istənilən mexaniki təsir zərər verə bilər."

O əlavə edib ki, diş çöplərindən, sərt ağız yaxalayıcılarından istifadə və dişlər arasındakı qida qalıqlarına məhəl qoymamaq əlavə risklər yaradır.

Həkim yeməkdən sonra ağzınızı su ilə yaxalamağı və yeməkdən 30-60 dəqiqə sonra dişlərinizi fırçalamağı məsləhət görüb. O, həmçinin qida qalıqlarını təmizləmək üçün diş ipi və ya xüsusi fırça istifadə etməyi məsləhət edib.

Aytəkin TOFİQQIZI

Seçilən
82
1
redaktor.az

2Mənbələr