Bakı. Trend:
Polşa hakimiyyəti Cənubi Amerika Ümumi Bazarına (MERCOSUR) üzvölkələrlə bağlanmış ticarət sazişindən Avropa İttifaqı Məhkəməsinəşikayət edəcək.
Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Başnazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışbildirib.
“Polşa MERCOSUR ilə saziş məsələsi üzrə Avropa İttifaqıMəhkəməsinə şikayət edəcək”, - deyə Kosinyak-Kamış “X” sosialşəbəkəsində yazıb.
Yanvarın 17-də Paraqvayda Avropa İttifaqı ilə MERCOSUR ölkələriarasında azad ticarət sazişi imzalanıb. Sazişin mayın 1-dən qüvvəyəminməsi nəzərdə tutulur. Razılaşmanı ilk növbədə Almaniya və ŞimaliAvropa ölkələri dəstəkləyiblər; bu ölkələr Aİ-dən Cənubi Amerikayaixrac olunan avtomobil, kimya və əczaçılıq sənayesi məhsullarınatətbiq edilən gömrük rüsumlarının azaldılmasında maraqlıdırlar.
Eyni zamanda, Avstriya, Macarıstan, İrlandiya, Polşa və Fransasənədə qarşı çıxırlar. Onlar Cənubi Amerikadan ucuz kəndtəsərrüfatı məhsullarının Avropa bazarına sərbəst daxil olmasınıistəmirlər. Yanvarın 21-də Avropa Parlamenti deputatları MERCOSURilə azad ticarət sazişinin Aİ normalarına uyğunluğunun yoxlanılmasıüçün Avropa İttifaqı Məhkəməsinə müraciətin dəstəklənməsi barədəqətnamə qəbul ediblər.