AZ

İstirahət parklarının altında parklanma yerləri tikilməlidir TƏKLİF

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtda avtomobil saxlamaq problemi uzun illərdir aktual olaraq qalır və şəhər nəqliyyatının ən ciddi çətinliklərindən biri hesab olunur. Xüsusilə günün pik saatlarında sürücülər həm mərkəzi küçələrdə, həm də ictimai məkanların ətrafında boş parklanma yeri tapmaqda ciddi çətinlik çəkirlər. Bəzi hallarda isə insanlar bir neçə küçəni dolaşsa da, avtomobillərini saxlamaq üçün uyğun yer tapa bilmirlər. Bu vəziyyət istirahət məkanlarına, xüsusilə də parkların ətrafına gedənlər üçün daha da problemli olur. Məsələn, Dədə Qorqud parkı kimi ərazilərdə parkinq imkanlarının məhdudluğu sürücüləri çətin vəziyyətdə qoyur.

Belə olan halda sual yaranır: Bakıda istirahət parklarının altında ödənişli parkinq sisteminin yaradılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, Bakıda parklanma ilə bağlı artıq islahatlar aparılıb. Onun sözlərinə görə, indi parklanma ödənişli olduqdan sonra vətəndaşlar həmin yerlərdə səhərdən axşama qədər maşın saxlayıb, orada qeyri-leqal çalışanlara müəyyən məbləğ ödəyib getmirlər:

"İndi məcburdurlar ki, park etdikləri yerlərdə avtomobili qısa müddət saxlasınlar ki, az ödəniş etsinlər. Bu da növbəti parklanmaya gələnlər üçün yerlərin təşkil olunmasına zəmanət yaradır. Yəni, qısası, parklanma istiqamətində aparılan islahatlar artıq şəhərin bir çox yerində boş park yerlərinin yaranmasına gətirib çıxardı".

Ekspert dedi ki, parkların altında, ümumiyyətlə şəhərdə bir çox yerdə parklanma, hətta bir neçə mərtəbəli parklanma yerlərinin təşkil edilməsi zərurəti yaranıb:

"Çünki şəhər oturuşmuş şəhərdir, heç bir binanı söküb onun yerində parklanma tikmək nə dövlətə, nə də özəl sektora fayda verməz, rentabelli olmaz. Amma parkların altında bunu etmək mümkündür. Məsələn, Qış parkının altı boydan-boya parklanmadır, Azadlıq meydanının altı parklanmadır. Bir çox belə yerlər var. Dədə Qorqud parkında da etmək olardı, amma artıq orada müəyyən yaşıllıq var, ağaclıq var. Ağac olan yerdə gərək ağaclar kəsilə, təzədən qazıla, təzədən parklanma edilə o da elə asan əmələ gəlməz. Yəni onu da etmək üçün gərək orada infrastruktur olmalıdır, həmin ərazi o işi görmək üçün uyğun olmalıdır. Amma şəhərdə bir neçə yerdə artıq, çoxmərtəbəli parklanmalara rast gəlirik. Yəqin ki, məcburiyyətdən biz buna gedəcəyik. Yəqin ki, belə parklanmaların, parketmə yerlərinin sayı çox olacaq".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
redaktor.az

2Mənbələr