AZ

"Ermənistan hakimiyyəti Türkiyə bayrağını yandıranları mütləq cəzalandırmalıdır"

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağı yandırılıb. Ermənistan Nazirlər Kabinetinin sözçüsü Nazeli Baqdasaryan bildirib ki, Baş nazir Nikol Paşinyan bayraq yandırma təcrübəsini qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırır.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib.

Politoloq Əli Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Türkiyə bayrağının yandırılması erməni cəmiyyətində hələ də xəstə “türkə nifrət” ideologiyasının hökm sürdüyündən xəbər verir.

Həmsöhbətimiz vurğuladı ki, Ermənistan hakimiyyəti Türkiyə bayrağını yandıranları mütləq cəzalandırmalı və bir daha belə cinayətə bərabər təxribatların baş verməməsi üçün tədbirlər görməlidir:

"Görünən odur ki, erməni cəmiyyəti sülhə, normallaşmaya və əlaqələrin qurulmasına tam hazır deyil. Bir dövlətin bayrağına nümayişkaranə surətdə od vurmaqla həmin dövlətlərlə əlaqələri bərpa etmək mümkün deyil. Eyni zamanda bu hərəkətlər təkcə qardaş Türkiyəyə yönəlməyib, Azərbaycan da daxil olmaqla bütün türk dünyasına qarşı törədilən düşmənçilik və açıq təxribatdır".

Aytəkin TOFİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr