AZ

AQTA rəsmisi: Qida müəssisələrinin infrastrukturu mühüm əhəmiyyət kəsb edir

Bakı, 24 aprel, AZƏRTAC

Hər hansı qidanın təhlükəsiz şəkildə istehlakçılara çatması üçün memarlığın önəmi çox vacibdir. Çünki müəssisələrin infrastrukturu, təhlükələrin düzgün müəyyən olunması və onlara nəzarət mühüm əhəmiyyət kəsb edir

Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.

O bildirib ki, AQTA tərəfindən qida sahəsində zəncirin bütün mərhələlərində fəaliyyət göstərən müəssisələrin həm tikintisi, həm də yenidən qurulması layihələrinə rəylər verilir: “Belə ki, həmin müəssisələrdə qida məhsullarının istehsalı və emalı qidanın təhlükəsizliyinə risk yaratmayacaq şəkildə əsaslandırılmalı, həmin layihələr buna uyğun tikilməlidir. Bununla bağlı həm sanitar-mühafizə, həm də gigiyenik qaydalar nəzərə alınır və yalnız bu tələblərə cavab verən müəssisələrin layihələrinə müsbət rəylər verilir. Bununla da artıq qida istehsal olunmazdan əvvəl preventiv tədbirlərlə yarana biləcək bütün risklərin, təhlükələrin qarşısı alınır. Mütəmadi olaraq təhlillər aparılır. Kiçik sahibkarlar tərəfindən agentliyə müəssisələrin həm tikintisi, həm də yenidən qurulması ilə bağlı müraciət edilərkən tələblərə əməl olunmaması hallarına rast gəlinir. Böyük müəssisələrdə infrastrukur qurulmazdan əvvəl layihə mütəxəssislər tərəfindən hazırlanır. Kiçik sabikarların müraciətində isə daha çox nöqsanlar aşkarlanır. Bu vəziyyətlə bağlı da agentlik sahibkarlara öz tövsiyələrini verir”.

Müxbir - Günel Türksoy
Fotoqrafraf - Azər İbrahimov
Seçilən
18
2
azertag.az

3Mənbələr