ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Günəşdə ötən gün “M” sinifinə aid olan partlayışlar qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, partlayışlar saat 8:35-dən qeydə alınmağa başlayıblar və 21:08-dək davam ediblər.
Birinci partlayış saat 08:35-də qeydə alınıb və təxminən 28 dəqiqə davam edib, ikinci partlayış saat 08:59-da qeydə alınıb və 18 dəqiqə davam edib. Üçüncü, M1.7 miqyaslı partlayış saat 18:00-da qeydə alınıb və 34 dəqiqə davam edib. Dördüncü M4.9 partlayışı saat 21:08-də 4419 günəş ləkəsi qrupunda (N16W65) rentgen diapazonunda qeydə alınıb. O, 14 dəqiqə davam edib.
Xatırladaq ki, sonuncu “M” sinif partlayışı aprelin 9-u qeydə alınıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.