Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail liderinin ofisi rəsmi məlumat yayıb.
"Əməliyyatdan sonra planlı müşahidə çərçivəsində MRT müayinəsi zamanı prostat vəzində bir santimetrdən kiçik, şübhəli xüsusiyyətlərə malik balaca bir ləkə aşkar edilib. Əlavə müayinə zamanı bunun çox erkən mərhələdə bədxassəli şiş olduğu üzə çıxıb. Yayılma və ya metastaz əlamətləri aşkarlanmayıb", - deyə məlumatda bildirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.