AZ

Türkiyənin ticarət naziri Orta Dəhlizin artan əhəmiyyətindən danışıb

ain.az bildirir, Azertag portalına istinadən.

Ankara, 24 aprel, AZƏRTAC

Körfəzdəki müharibə göstərdi ki, Şərqlə Qərb arasında ticarət tezliklə əsasən Orta Dəhliz vasitəsilə həyata keçiriləcək. Əlbəttə ki, Ümid burnu və ya Qırmızı dəniz vasitəsilə təchizat yolları mövcuddur, lakin Orta Dəhlizin artan əhəmiyyəti danılmazdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat İranla həmsərhəd olan Ağrı əyalətinə səfəri zamanı bildirib. O, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi səylərinə diqqət çəkərək qeyd edib ki, “bu marşrutun açılmasına az vaxt qalıb”.

Nazir Zəngəzur layihəsinin həyata keçirilməsinin Anadolunun, xüsusən də ölkənin şərq sərhəd əyalətlərinin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Ağrıya səfəri çərçivəsində Bolat Ömər İranla sərhəddə yerləşən “Gürbulak” gömrük keçid məntəqəsinin açılışında iştirak edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azertag.az

2Mənbələr