AZ

Ombudsman vətəndaşların müraciətlərini dinləyib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 23-24-də Bakı şəhərində növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib.

Bu barədə hafta.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman müraciət edən şəxslərlə fərdi qaydada görüşüb, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Seçilən
29
16
hafta.az

10Mənbələr