AZ

Küçələrdə sürücüsüz taksilər olacaq - Çindən növbəti inqilab

Çinin nəhəng avtomobil istehsalçısı "Geely Holding Group"un bölməsi olan "CaoCao Inc" şirkəti yaxın illərdə dünya miqyasında sürücüsüz taksilərin (robotaksi) kütləvi tətbiqinə başlamağı hədəfləyir.

Ölkə.Az-ın "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə şirkətin baş direktoru Qun Sinyi bildirib. Şirkətin bu sahədəki inkişaf planı bir neçə mərhələni əhatə edir:

2027-ci il: Xüsusi olaraq bu məqsəd üçün hazırlanmış minlərlə pilotsuz taksinin kütləvi istehsalına və istismarına başlanacaq.

2028-ci il: Robotaksilərin qlobal bazarda kütləvi şəkildə yayılması gözlənilir.

2030-cu il: Şirkətin sürücüsüz avtomobil parkının 100 min vahidə çatdırılması planlaşdırılır.

"CaoCao" Çinin aparıcı avtomobil istehsalçılarından biri olan "Geely" qrupuna daxildir və əsasən onlayn taksi sifarişi xidmətlərinin inkişafı ilə məşğul olur. Şirkətin bu addımı nəqliyyat sektorunda texnoloji inqilabın növbəti mərhələsi kimi qiymətləndirilir.

Seçilən
25
1
olke.az

2Mənbələr