Çexiyanın Azərbaycandakı səfirliyi ölkənin Baş naziri Andrey Babişin Azərbaycana səfərinin tarixlərini rəsmən elan edib.
Siyasətçi aprelin 26-28-də Azərbaycanda üçgünlük səfərdə olacaq.
Səfər regional xarakter daşıyır – Çexiya hökumətinin başçısı həmçinin Qazaxıstan və Özbəkistana da səfər edəcək.
Səfər zamanı Nazirlər Kabinetinin rəhbərini Baş nazirin birinci müavini və Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek, eləcə də çexiyalı sahibkarlardan ibarət geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək.