BAKI, 24 aprel. TELEQRAF
İran üç ölkənin paytaxtına sərnişin reyslərini bərpa edir.
Teleqraf "Pars Today" saytına istinadən xəbər verir ki, Tehran-İstanbul, Tehran-Maskat və Tehran-Pekin marşrutları üzrə sərnişin reysləri aprelin 26-dan etibarən bərpa olunacaq. Yük reysləri də adi qaydada həyata keçiriləcək.