AZ

Yan Diomande üçün transfer savaşı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın "Leypsiq" klubunun gənc ulduzu Yan Diomande Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Fanat.Az xəbər verir ki, 19 yaşlı istedadlı futbolçu üçün "Liverpul" və "Pari Sen-Jermen" klubları arasında ciddi mübarizə başlayıb.

"Bild" nəşrinin yaydığı məlumata görə, hər iki klub artıq oyunçunun agentləri ilə ilkin danışıqlara start verib. Almaniya təmsilçisi ulduz futbolçusunu heyətdə saxlamağa üstünlük versə də, onun üçün 100 milyon avrodan yüksək qiymət müəyyənləşdirib.

Avropanın ən perspektivli gənclərindən biri hesab olunan Yan Diomandenin yay transfer pəncərəsində komandasını dəyişəcəyi ehtimalı olduqca yüksəkdir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
35
fanat.az

10Mənbələr