AZ

Ankarada “Milli kimlik və soydaşlıq irsi” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankara şəhərində “Milli kimlik və soydaşlıqmirası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi,Kərkük Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin QaziUniversitetində baş tutan konfrans müxtəlif ölkələrdən olanalimləri, ictimai xadimləri və diaspor nümayəndələrini bir arayagətirib.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərininsəsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin yadolunması ilə öz işinə başlayıb. Bu, tədbirə xüsusi mənəvi dəyər vərəmzi məna qatıb.

Açılış nitqi ilə çıxış edən Kərkük Mədəniyyət Dərnəyinin rəhbəriŞemsettin Küzeci konfrans iştirakçılarını salamlayaraq, tədbirinəhəmiyyətindən danışıb. O, milli kimliyin qorunması, ortaqdəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinin müasirdövrdə xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsininsədr müavini Vaqif Seyidbəyov çıxışında Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanın diaspor siyasətinin uğurlu inkişafındanbəhs edib. O bildirib ki, Azərbaycan dövləti xaricdə yaşayansoydaşlarımızla əlaqələrin möhkəmləndirilməsinə, onlarınhüquqlarının müdafiəsinə və milli-mədəni kimliyin yaşadılmasınadaim xüsusi diqqət yetirir. Bu istiqamətdə həyata keçirilənuzunmüddətli layihələrin milli dəyərlərin qorunmasına və təbliğinəmühüm töhfə verdiyini vurğulayıb.

İraqın Türkiyədəki səfirliyinin müşaviri professor MüyesserEmin, Qazi Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzininprofessoru Bülent Aksoy konfransın işinə uğurlar arzulayıblar.

Konfrans çərçivəsində təşkil olunan panel müzakirələrində “Millikimlik və soydaşlıq irsi” mövzusu müxtəlif aspektlərdən genişşəkildə təhlil edilib. Ankara Hacı Bayram Veli Universitetininprofessoru Ahmet Taşkının moderatorluğu ilə baş tutan müzakirələrdəAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi,filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Suriyanın millətvəkili Tarık Sulo Cevizci, iraqlı alim Adil Sekran Zeynelabidin,Livandakı Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl mövzu ətrafındageniş müzakirələr aparıblar, elmi və praktiki baxımdan əhəmiyyətlifikirlər səsləndiriblər.

Tədbirin növbəti paneli Azərbaycanın Türkiyədəki səfirliyininnəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinindəstəyi ilə Qazi Universitetində açılan "Azərbaycan türkcəsi təhsilotağı"nda davam etdirilib. Paneldə “Milli kimlik və soydaşlıq irsi- Azərbaycan milli kimlik tarixinin təməli”, “Milli kimlikkontekstində türkmən ələviliyi və bektaşiliyi irsi”, “Diaspordatürkmən milli kimlik və soydaşlıq mirası: tarixi yaddaş problemlərivə diaspordan gözləntilər” mövzuları müzakirə olunub.

Konfrans bədii hissə ilə yekunlaşıb. İştirakçılara zəngin vərəngarəng mədəni proqram təqdim olunub, Azərbaycan və Türkdünyasının mədəni irsi nümayiş etdirilib.

Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Ankarada
Seçilən
13
3
az.trend.az

4Mənbələr