AZ

Ucarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıbVİDEO

Ucarın Rəstəcə kəndində çaqqal sakinlərə hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, vəhşi heyvan kəndin 3 sakininə xəsarət yetirib.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova həyətində kənd təsərrüfatı işləri ilə məşğul olan zaman çaqqal hücumuna məruz qalıb.

Bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alan Güləndam Məmmədovanın köməyinə qonşusu- 65 yaşlı Fatma Həsənova gəlib. Çətinliklə də olsa, çaqqal ərazidən uzaqlaşdırılıb.

Hadisədən təxminən 20 dəqiqə sonra çaqqal yenidən qayıdaraq bu dəfə Fatma Həsənovanın həyətində ona  hücum edib. Nəticədə hər iki şəxs müxtəlif xəsarətlər alıb. Hadisə zamanı 67 yaşlı Musa Həsənov həyat yoldaşı Fatma Həsənovanı xilas etməyə gələrkən, çaqqal Musa Həsənovun barmağını dişləyərək qoparıb.

Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər - biri kişi, ikisi qadın olmaqla təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olub. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
44
3
xezerxeber.az

4Mənbələr