AZ

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Aparıcı Xoşqədəm Hidayətqızı arıqlamaq üçün iynə vurduranları tənqid edib.

Bizim.Media xəbər verir ki, aparıcı sosial şəbəkədə ona şərh yazanlara cavab verib.

Xoşqədəm bunu edən həkimləri proqramında reklam etməsi iddialarına sərt reaksiya verib. O, bildirib ki, heç vaxt efirdə iynə ilə arıqlamağı piar etməyib.

Hidayətqızı daha sonra yenidən videoaçıqlama yayıb.

O bildirib ki, tanıdğı bir neçə insan bu cür iynələrlə arıqlayıb və sonradan səhhətində ciddi problemlər yaranıb:

"Yenə səhər gəlmişəm tennisə. Məncə, iynələrlə, dərmanlarla arıqlamaqdansa, mənim kimi zəhmət çəkmək, tənbəllik etməmək, ağzını bir az bağlamaq lazımdır. Ən sağlam arıqlamağın, fit qalmağın yolu budur.

Yazığım gəlir iynə və dərmanla arıqlayanlara, deyirəm, görəsən hansı xəstəlikləri tapacaqlar. Tanıdığım insanlar var ki, bu iynələrdən nə əziyyətlər çəkiblər, komadadırlar. Sağlam arılqayın!". (milli.az)

Bizim.Media

Seçilən
6
5
bizim.media

7Mənbələr