Azərbaycan Kubokunun yarımfinal mərhələsi mübahisəli, hətta qərəzli görünən hakim səhvləri ilə yadda qaldı.
Aprelin əvvəlində keçirilən mərhələnin ilk görüşlərində FİFA referisi Əliyar Ağayev təcrübəsinə, statusuna yaraşmayan səhvlərlə "Turan Tovuz" - "Zirə" matçına "damğasını vurdu".
Cavab oyunlarında hakim hoqqabazlığı "Sabah"ın "Qarabağ" üzərində qələbəsinə "kölgə saldı".
Hər iki oyundakı qərəzli kimi görünən səhvlər, hakimlərin davranışı çoxşaxəli şübhələrə yol açır...
"Sportinfo TV"-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki hakim səhvlərinə həsr edib.