AZ

Əraqçi Pakistan, Oman və Rusiyaya səfərə gedir

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi regional məsələləri müzakirə etmək üçün Pakistan, Oman və Rusiyaya səfər edəcəyini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə XİN başçısı “X” hesabında yazıb.

Əlavə edib ki, İslamabad, Məsqət və Moskvaya səfərinin məqsədi ikitərəfli məsələlər üzrə tərəfdaşlarla sıx əməkdaşlıq etmək və regional inkişaflar barədə məsləhətləşmələr aparmaqdır.

CNN öz mənbəsinə istinadən xəbər yayıb ki, İran tərəfi  ABŞ nümayəndələri ilə görüş keçirməyəcək. İslamabad isə Əraqçi ilə keçiriləcək görüşün ABŞ-İran danışıqlarının ikinci mərhələsinə səbəb olacağına ümid edir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
525.az

1Mənbələr